“Yeni Müsavat”ın əməkdaşı Röya Rəfiyeva aprelin 20-də günorta saatlarında “Neftçilər” metrostansiyasının yaxınlığında maklerlərin yığışdığı bağda reportaj hazırlayarkən polis əməkdaşları tərəfindən zorakılığa məruz qalaraq, Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsinə aparılıb. Hadisə barədə qəzetin redaksiyasına şahid maklerlər xəbər verib. Onların deyiblər ki, polislər jurnalistə fiziki güc tətbiq ediblər.
R.Rəfiyeva isə həmkarlarına deyib ki, o, maklerlərin şikayətini dinlədiyi zaman polislər ona mane olublar və özləri ilə bölməyə aparıblar.
Redaksiya rəhbərliyi DİN-in mətbuat xidməti ilə əlaqə saxlayıb, hadisə barədə məlumat verib və ölçü götürülməsini xahiş edib.
“Yeni Müsavat”ın əməkdaşı polsə aparıldı
•