Pentaqon İranın nüvə obyektlərinə hücum planı hazırlayır

ABŞ-ın İrana qarşı konkret hucum planı var. Bu sensasiyalı məlumatı Pentaqonun rəhbəri Leon Panetta açıqlayıb. CNN telekanalına müsahibəsində Pentaqon rəhbəri bildirib ki, belə hucum planı hazırdır. Verilişin aparıcısı iki dəfə təəccüblə bunu soruşub və Panetta belə planın olduğunu təsdiq edib.
 “Siz inandıra bilərəm ki, bizdə belə planlar var. Pentaqon İranın  nüvə obyektlərinə hücum planı  hazırlayır”. “Hücumun uğurla həyata keçəcəkmi” sualına isə Pentaqon rəhbəri müsbət cavab verib. ”Fikirləşirəm ki, bu problem deyil. Biz hücum planını həyata keçirəsi olsaq, bu uğurla sona çatacaq”-deyə Palenetta vurğulayıb.