“BBC” radiosunda yayımlanan “Qadın saatı” proqramının bir hissəsi “Azadlıq” radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə Ismayıla həsr olunub. Proqramın aparıcı Meri Bird verlişin girişində Xədicə Ismayıl və onun peşə fəaliyyəti haqqında məlumat verib. Aparıcı bildirib ki, jurnalistin araşdırmaları Azərbaycan cəmiyyətinə geniş rezonans doğurub. Həmin araşdırmaların hədəfi hakimiyyətin korrupsioner fəaliyyəti olub. Hakim ailənin biznes əlaqələrinin bəzi detalları cəmiyyətə məlum olub.
Aparıcı araşdırmaların Azərbaycan hakimiyyətinin, birbaşa hakim ailənin qəzəbinə səbəb olduğunu da vurğulayıb və əlavə edib ki, Xədicı Ismayılın bir müddət öncə üzləşdiyi xoşagəlməz hadisə də məhz həmin araşdırmalardan sonra baş verib. Verilişin aparıcısının suallarını cavablandıran Xədicə Ismayıl fəaliyyəti və apardığı araşdırmalar haqda məlumat verib. O, şəxsi həyatına dair kadrların yayılması və şantajla üzləşməsinə hakim ailənin biznesiylə bağlı apardığı araşdırmaların səbəb olduğunu söyləyib.
BBC Xədicə İsmayıldan reportaj verdi
•