vp-qazet

“Azərbaycanda mətbuat atəş altındadır”

“The Washington Post” da İdrak Abbasovun döyülməyindən yazdı

Amerikanın ən nüfuzlu nəşri olan “The Washington Post” qəzetində “Söz azadlığı olmayan Azərbaycanda mətbuat Avroviziya qabağı atəş altında” başlıqlı məqaləsində 2 gün əvvəl Sulutəpədə döyülən jurnalist İdrak Abbasovun vəziyyətinə münasibət bildirib. Məqalədə jurnalistin Sulutəpədə evləri sökülən vətəndaşları qeydə alarkən döyüldüyü qeyd olunub. “Bu hadisə “Eurovision” yarışması keçirməyə hazırlaşan Azərbaycan hökümətinə olan ümidlərə kölgə salır. Bu ilin əvvəlindən 30 jurnalist peşə gəaliyyətinə görə zorakılığa məruz qalıb”.  Məqalədə Xədicə İsmayılovaya qarşı hökümətin apardığı şantaj kampaniyası da  göstərilib.

Xatırladaq ki, jurnalist İdrak Abbasovun döyülmə faktı Böyük Britaniyanın “Guardian”qəzeti , Almaniyanın “Şpigel” jurnalında da verilmişdi.

http://www.washingtonpost.com/world/europe/azerbaijans-lack-of-media-freedoms-comes-under-fire-ahead-of-the-eurovision-contest/2012/04/19/gIQAzL4HTT_story.html

azadliq.info