Avropa Yayım Birliyi mayın 2-də Cenevrədə “Azərbaycanda media azadlığı” mövzusunda dəyirmi masa keçirəcək. Bu barədə “Turan”a “Sing for democracy” ictimai kampaniyasının koordinatoru Rəsul Cəfərov bildirib.
Onun sözlərinə görə, yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları dəfələrlə AYB-ni Azərbaycanda ifadə azadlığının və bütünlükdə insan hüquqlarının pozulması faktlarına münasibət bildirməyə çağırıblar. Lakin indiyədək bu qurum vəziyyətin qiymətləndirilməsindən qaçırdı.
Dəyirmi masaya Azərbaycanın rəsmi qurumlarının, vətəndaş cəmiyyətinin və məşhur beynəlxalq hüquq müdafiə təşkilatlarının nümayəndələri dəvət edilib. İclasda qiymətləndirmə məruzələri və vəziyyətin yaxşılaşdırılması üzrə təkliflər dinləniləcək.
Avropa Yayım Birliyi Azərbaycanda medianın durumunu müzakirə edəcək
•