Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha bir qarşılaşma baş tutub.
Turnirin son qalibi “Barselona” səfərdə “Çelsi”nin qonağı olub. London təmsilçisi bu görüşdə 3 il öncəki məğlubiyyətin revanşını almağa çalışacaqdı.
2009-cu ildə səfərdə “Barselona” ilə 0:0 heç-heçə oynayan “Çelsi” doğma meydanda son dəqiqədə buraxdığı topla finala gedə bilməmişdi – 1:1. Bu dəfə hansı nəticənin qeydə alınacağı isə böyük maraq doğururdu. Lakin ilk hissənin sonlarında Didye Droqbanən vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb – 1:0.
Qeyd edək ki, dünən keçirilən ilk yarımfinal matçında “Bavariya” öz meydanında “Real” (Madrid) klubunu 2:1 hesabı ilə məğlub edib.
18 aprel
Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunları
23:45. “Çelsi” (İngiltərə) – “Barselona” (İspaniya) – 1:0
Qol: Droqba, 45+2 (1:0)
17 aprel
“Bavariya” (Almaniya) – “Real” (Madrid, İspaniya) – 2:1
Qollar: Riberi, 17 (1:0), Özil, 53 (1:1), Qomez, 90 (2:1)