Müraciət hələ ki, cavabsız qalıb
Məlum olduğu kimi, bu günlərdə Mətbuat Şurasının təşəbbüsü ilə “Eurovision-2012″də iştirak edəcək ölkələrin mətbuat qurumlarına müraciət ünvanlanıb. Buna səbəb Qərb mətbuatında Azərbaycanla bağlı tənqidi yazıların dərc edilməsidir. Müsabiqə ərəfəsində Azərbaycana qarşı bəzi ölkələrin media qurumları tərəfindən kampaniya aparıldığını bildirən müraciət müəllifləri bunun media peşəkarlıq prinsiplərinə uyğun olmadığını, birtərəfli və qərəzli yazılar verildiyini qeyd edib, təəssüflərini vurğulayıblar.
Bu müraciətdən sonra Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edib və Əli Həsənovla görüşüb müzakirə aparmaq niyyətində olduğunu bildirib. Bu barədə mətbuata açıqlama verən hüquq müdafiəçisinin sözlərinə görə, xarici mətbuatda Azərbaycanla bağlı tənqidi çıxışların əksəriyyətini məhz o edib. Hətta bundan sonra da Qərb mediasına müsahibə verməyə hazırlaşdığını deyən L.Yunus bütün bunlar barədə Prezident Administrasiyası şöbə müdiri ilə daşınmaq istəyini dilə gətirib.
Hazırda Leyla Yunus ölkədə olmadığından onun bu müraciətinə hansı cavab verildiyini özündən öyrənə bilmədik. Lakin Sülh və Demokratiya Institutundan aldığımız məlumata görə, Əflatun Amaşova ünvanlanan müraciətə hələ ki, müsbət cavab verilməyib.
Fizzə