Putin-Medvedev tandemi mitinqə hazırlaşır

Getməyə hazırlaşan Rusiya prezidenti Dmitriy Medvedev və yeni seçilmiş Putin 1 mayda tərəfdarlarının mitinqini keçirmək istəyir. Bu haqda “Vedomosti” qəzeti yazır. Kremldən hələ təsdiq olmasa da, mitinqin Belarus vağzalından başlayaraq yürüşlə şəhər meriyasının binası qarşısında yekunlaşacağına dair informasiya var. Mitinqin təşkilatçıları kimi həmkarlar və “Vahid Rusiya” partiyasının üzvləri çıxış edir. Ancaq yürüşdə ilk dəfə Putinin rəhbərlik etdiyi “Xalq cəbhəsi” hərəkatının iştirakı gözlənilir. Moskvada keçiriləcək mitinqə 25-30 min tərəfdarın çıxarılması planlaşdırılır.

azadliq.info