Kubada kütləvi həbslər

Kubada keçən ay 100 müxalifətçi həbs edilib. Müxaliflərin əksəriyyətinin Roma Papasının Kuba səfərindən əvvəl və Papa ilə görüş zamanı nəzarət alındığı bildirilir. Son 50 ildə ilk dəfədir ki, bir ayda bu qədər adam həbs edilir. Papa 16-cı Benedikt martın 27-29da Kubada səfərdə olmuşdu. Marksizmdən imtinaya çağıran Papa, Fidel Kastrodan dini azadlıqların genişləndirilməsini tələb etmiş, Amerikanın Kubaya sanksiyalarını qınamışdı.

azadlıq.info