«Anarın həcvini Seymur Baycanla Qan Turalı özünə götürübsə, demək hədəf düz vurulub»
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin onu tənqid edən gənc yazarlara “525-ci qəzet”də həcv dərc etdirməsi ədəbi kəsimdə birmənalı qarşılanmadı. Daha sonra qarşı tərəfin də mətbuatda Anara cavab yazması bir neçə gündür ədəbi dairələrin müzakirə mövzusuna çevrilib.
Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu bu məsələylə bağlı Modern.azÿsaytına açıqlama verib. O, əvvəlcə Anar Rzayevin Azərbaycan ədəbiyyatının ən böyük simalarından biri olduğunu vurğulayıb:ÿ
“Anar müəllim bu yaşında çox intensiv olaraq fəaliyyət göstərir. Bu fəaliyyət də göz qabağındadır. Həmçinin də Anar müəllimin şeir yazması və yaxud da ki, başqa bir publisistik məqalələr yazması çox təbiidir. O qələm sahibi olduğu üçün şeir yazmasını da çox normal qarşılamaq lazımdı. Anar müəllim tanınmış yazıçıdır. Azərbaycan xalqının ən böyük ziyalılarından biri, həm də dövrümüzün ən tanınmış simalarındandır. Anar müəllim əlinə qələm alıb yazırsa, orda mütləq və mütləq bir işıq, bir ağrı, bir acı, xalqımızın bir mənəviyyatı var. Anar müəllimin yazıları ədəbiyyatımız üçün çox dəyərlidir”.
Ədalət Əsgəroğlu da öz növbəsində məlum həcv haqqında mənfi fikirdə olan və Anara irad tutan yazıçı və qələm sahiblərini qınayıb: “Anar müəllimin həcvi haqqında mənfi fikirdə olanları nəzərinə çatdırım ki, bu həcv heç də zəif deyil. Tənqidi fikirləri qəbul etmirəm. Gəlin bir az keçmişə baxaq. Qasım bəy Zakirin, Seyid Əzim Şirvaninin, M.Ə.Sabirin və o dövrdə olan bizim digər şairlərimizin çox gözəl həcvləri var və bu həcvlər indiyə qədər gəlib çatıb. Qasım bəy Zakirin yazdığı həcvlərdə hədəf aldığı şəxslərin adı çəkilmir, amma baxın, Qasım bəy Zakirin adı qalıb və onun həcvləri hələ də yaşayır. Anar müəllimin də bu həcvi yüz ildən, iki yüz ildən sonra da yaşayacaq. Azərbaycan xalqının gələcək oxucularını maraqlandıran və düşündürən bir əsər kimi yaşayacaq”.
Mərbuat katibi Anarın həcvinin təsir gücündən də danışıb: “Bu həcvdə ad çəkilməyib, amma kim özünə şamil edirsə, bu onun öz problemidir. Həm də elə Anar müəllimin yazdığı bu həcvin, satiranın gücü də ondadır ki, güzgüdə olduğu kimi insanlar özlərini eynən görə bilir. Onu da deyim ki, Anar müəllimin həcvdə işlətdiyi ”Sirkə Badımcan” bir obrazdır. Amma Seymur Baycan bunu özünə aid edirsə, demək ki, Anar müəllim hədəfə düz dəyib. Ya da başqa kimlərsə, bunu özünə aid edirsə, məsələn, elə Qan Turalını deyək. Qoy özlərinə götürsünlər. Ədəbiyyat praktikasında da görsənib ki, belə əsərlər zəif ya güclü olmasında asılı olmayaraq, yaşayacaq. Demək, bir balaca həcv belə bir səs-küyə səbəb olubsa, o, güclü bir əsərdir. Demək ki, hədəflər çox düzgün vurulub”.
Ədalət Əsgəroğlu kulis.az saytında yazar Qan Turalının “Anar testi” adlı yazısı haqda daÿfikir bildirib: “Qan Turalının və o birilərin də yazdığı həcv və ya şeirlər heç vaxt yaşamayacaq və qəbul da olunmayacaq. Istəyir o Qan Turalı və ya olsun o biri yazılar da qızıl xırdalasınlar,ÿxeyri yoxdur. Anar müəllim çox ustaca həcvində hədəflərini vurub və bundan sonra kiminsə bu həcvə cavab yazmasını ədəbiyyat aləmində kimsə qəbul etməyəcək. Həm də Anar müəllimin həcvinin hədəfi kimi Qan Turalı və ya Seymur Baycan özlərini seçiblərsə, demək ki, hədəf də, əsərinin qəhrəmanları da elə məhz onlar imiş. Amma indiyə qədər onların Anar müəllim haqqında yazdıqları təhqiramiz yazıları mən bir qələm adamı kimi, bir şair kimi, birliyin katibi kimi yığmağa başlasam, elə bir 10 cildlik kitab edər”.