tagezung

Daha bir alman qəzeti Azərbaycan haqda yazdı

tagezung Almaniyanın daha bir mətbu orqanı Azərbaycanda keçiriləcək Avroviziya yarışması ilə bağlı münasibət bildirib. Bu dəfə “Tageszeitung” qəzeti yazı yazıb.
“Eurovison” yarışmasının keçirilməsinə az qalmış Azərbaycanda insan haqlarının vəziyyətinə dair tənqid səsləri getdikcə yüksəlir. Almaniyanın Ombudsmanın Markus Löninq çərşənbə axşamı Berlindən keçirilən mətbuat konfransında İnsan Haqları üzrə Avropa məhkəməsinin qərarlarının hələ də yerinə yetirilməməsinə diqqət çəkib.

Hər il 120 milyon izləyicini ekran başına toplayan, 50 ölkədə izlənən populyar tədbirin keçirilməsinə Avropa Yayım Birliyi məsuliyyət daşıyır. Təşkilat Azərbaycanın hər hasnı siyasi işinə qarışmaqdan imtina edib. Həqiqətdə isə AYB bir neçə ay əvvəl sərhədlərin şəffaf olmasında təkid edirdi. Sərt viza rejimi bir qədər yumşaldılıb. AYB bildirib ki, “Crystal Hall”da siyasi mahnıların oxunmasına icazə verilməsə də, “Azad olmayan ölkədə azadlıq naminə oxu” alternativ şousunda istənilən artist iştirak edə bilər.

azadliq.info