“Wikileaks”-in yaradıcısı teleaparıcı oldu

İngiltərədə ev həbsində saxlanan “Wikileaks” saytının yaradıcısı Culian Assanj rus kanalında işə başlayıb. Rus televiziyası “RT”-də efirə gedən ilk verilişinin qonağı “Hizbullah” lideri Həsən Nəsrallah olub. Nəsrallah efirə video konferans vasitəsilə qoşulub.
“Hizbullah” lideri Fələstinə etdiyi köməyə görə, Bəşər Əsədi dəstəklədiyini bildirib. “Hizbullah” Tunis, Liviya, Misirdə “Ərəb baharı”na dəstək versə də, Suriyanın fərqli olduğunu bildirib. Nəsrallah suriyalı müxaliflərin silahlandırıldığını deyərək, “Əl-Qaidə”nin bu ölkəni müharibə poliqonuna çevrimək istədiyini də qeyd edib.
 
azadliq.info