Təqaüdçülər işgəncə altında; 1 nəfərin öldüyü deyilir (FOTOLAR)

Təqaüd kartlarının alınmasında edilən dəyişiklik  yaşlı insanlar olmazın əzblara məhkum edib

Artıq iki gündür Azərbaycan Beynəlxalq Bankının Yasamal filialının qarşısında (İnşaatçılar pr. 20) təqaüdçülər təqaüd kartlarını dəyişə bilmək üçün uzun növbədə və gərgin vəziyyətdə qalmalı olurlar.
Bu gün səhər saatlarından etibarən, havanın yağışlı olmasına baxmayaraq bankın qarşısına yenə də çoxlu sayda təqaüdçü toplaşıb. Onlar kartların dəyişdiyi haqda əvvəlcədən xəbərdar edilmədiklərini, indi də belə bir vəziyyətlə üzləşdiklərini və göz dikdikləri yeganə gəlirləri olan təqaüdlərini ala bilmədiklərini deyib etiraz ediblər.
“Yeni Müsavat”ın hadisə yerindən xəbər verir ki, yaranmış sıxlıqdan və gərginlikdən təqaüdçülərdən bəziləri huşunu itirib. Hətta ötən gün yaşlı bir kişinin yaranmış basabasda dünyasını dəyişdiyi də deyilir.
Təqaüdçülər deyib ki, əvvəllər vaxtı keçmiş kartları Əhalinin Sosial Müdafiə Fondunda dəyişirmişlər. Bu ildən isə bu iş Beynəlxalq Banka tapşırılıb.
Bankdan bildirdilər ki, problemi yaradan Əhalinin Sosial Müdafiə Fondudur. Fondun ərazidə olan əməkdaşı isə “Yeni Müsavat” a bildirib ki, təqaüdçülər vaxtı ötən kartlar barədə məlumatsız olublar. Fond isə qısa müddətdə Bankın bu işi edəcəyini düşünüb.