“İrana hücum etməmək haqda ABŞ-a söz verməmişik”

İsrailin Müdafiə naziri Ehud Barak Amerikaya İrana hücum etməmək barədə heç vaxt söz vermədiklərini bildirib. Ehud Barak verdiyi açıqlamada İranla bağlı aparılan müzakirələrin İranın nüvə silahı hazırlamaq istəyindən çəkindirməyəcəyini bildirib. İsrailli nazir bunu ancaq vaxt itkisi adlandırıb. BMT Təhlükəsizlik Şurasının 5 üzvü, Almaniya və İran arasında keçən həftə İstanbulda müzakirələr aparılmışdı. Növbəti müzzakirə 23 mayda Bağdadda keçiriləcək. 
İranın nüvə probleminə münasibət bildirən ABŞ dövlət katibi Hillari Klinton bildirib ki, sanksiyaların aradan qalxması üçün ilk addımı İran atmalıdır. Klinton nüvə problemi ilə bağlı əsas nəticənin Bağdad görüşündə əldə olunacağını bildirib. Tətbiq edilən sanksiyalar isə davam edəcək.
 
azadliq.info