Aprelin 19-da Bakının Bülbülə kəndində mərhum fotojurnalist Əjdər Nağıyevin cümə axşamı mərasimi keçiriləcək. Qadınlar mərasimə saat 14-ə kimi, kişilər saat 14-dən sonra qatıla bilər. Mərasim Bülbülə məscidinin qarşısında olacaq.
Əjdər Nağıyev aprelin 2-də vəfat edib. 1955-ci il martın 8-də Ismayıllıda anadan olan Əjdər Nağıyev uzun illər Azərbaycanın müxtəlif media quruluşlarında, o cümlədən “Azadlıq” qəzetində çalışıb.