Yerli hakimiyyət AXC liderinin abidəsini götürmək isətyir, ancaq ictimai basqıdan da çəkinir
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin sonucu abidələrindən sayılacaq daha bir büstünə təhlükə yaranıb. Məlumatlara görə, Sabirabad rayon İcra hakimiyyəti önündə M.Ə.Rəsulzadənin büstü “yenidənqurma” bəhanəsi ilə götürüləcək.
Bu barədə “Yeni Müsavat”ın yaydığı xəbəri rayon icra hakimiyyətinin adının açıqlamasını istəməyən işçisi qəzetimizə təsdiqləyib. Mənbənin bildiridiyinə görə, bu barədə qərar yeni başçı Nazim İsmayılov rayona gəldiyi ilk gündə verilib. Prosesin uzadılması ictimai həssaslıqla bağlıdır. Yerli hakimiyyət büstün götürülməsinin siyasi məzmunlu yeni etiraz aksiyalarına səbəb olacağından ehtiyatlanır.
Sabirabad müxalifətçiləri də “Azadlıq” vasitəsilə yerli rəhbərliyə mesaj ünvanlayıblar ki, Rəsulzadənin büstü götürülsə, rayonda aləm qarışacaq.
Sabirabadda M.Ə.Rəsulzadənin büstü 1993-cü ilin mayında qoyulub.
Bundan əvvəl AXC liderinin büstü BDU-dan və ölkənin əskər rayonlarında götürülüb.
Siyavuş