Medvedev “Vahid Rusiya”nın lideri olacaq

Rusiya prezidenti Dmitri Medvedev hakim “Vahid Rusiya” (“Yedinnaya Rossiya”) partiyasının lideri olacaq. Bu barədə “Vedomosti” qəzeti məlumat yayıb (APA). Məlumatda bildirilir ki, Dmitri Medvdev mayın 7-də prezident vəzifəsini Vladimir Putinə təhvil verdikdən sonra hakim “Vahid Rusiya” partiyasına rəhbərlik edəcək. Məlumatda o da bildirilir ki, V.Putin partiyanın idarə heyətindən Medvedevi rəhbər seçmələrini istəyəcək.

V.Putinin mətbuat katibi Dmitri Peskov Medvedevin “Vahid Rusiya” partiyasının rəhbəri olacağı ilə bağlı iddialara şərh verməyib. O deyib ki, “Vahid Rusiya”nın rəhbərini partiyanın idarə heyəti seçəcək.