İsrailin XIN başçısı Azərbaycana gəlir

Dillər Universitetində İsrail Mədəniyyəti Mərkəzi açılacaq

Aprelin 20-də Bakıda Israil Mədəniyyət Mərkəzinin təntənəli açılışı olacaq. Rəsmi mərasimdə Israildən gəlmiş yüksək vəzifəli qonaq iştirak edəcək, xəbəri IZrus saytı yayıb.
Mərkəz Azərbaycan Dillər Universitetində yerləşir. “Bu il ölkələr biz arasında diplomatik münasibətlərin 20 illiyini qeyd edirik və mərkəzin inkişafına cüzi yardım etməyi qərara aldıq”, deyə Israil səfiri Mixael Lavon-Lotem bildirib.
Mərkəzdə Israillə bağlı tarixi və peşəkar ədəbiyyat yerləşəcək, tələbələr üçün məruzələr oxunacaq.
Səfir Universitet rektoru Səməd Seyidovun Mərkəzin genişləndirilməsində və inkişafında rolunu qeyd edib. “Bu gün universitetdə 30-a yaxın tələbə yəhudi dili öyrənir, – deyə səfirliyin ikinci katibi Ronen Kraus qeyd edib.  ”Vaxtaşırı onlar Israilə səfər edirlər. Biz ildə iki dəfə Israil ekspertlərinin müxtəlif mövzularda məruzələrini təşkil etməyi planlaşdırırıq”.
Qeyri-rəsmi mənbələrdən “Turan”a daxil olan məlumata görə, açılış mərasimində iştirak edəcək yüksək vəzifəli şəxs Israil XIN rəhbəri Aviqdor Liberman olacaq.