ABŞ prezidenti Barak Obamanın Kolumbiya səfərində təhlükəsizliyini təmin etməli olan 12 mühafizəçini vəzifələrindən kənarlaşdırılaraq vətənə geri qaytarıblar. “Amerika Sammiti”ndə təhlükəsizliyi təmin etməli olan agentlərin azad edilməsi səbəbi kimi “uyğun olmayan davranış” göstərilir. AP Obamanın mühafizəçilərinin fahişələrlə münasibətdə olduğunu bildirir. Təhlekəszilik xidmətinin nümayəndəsi Ed Donavan xəbəri təsdiqləməyib. Amma bildirib ki, agentlərin uyğunsuz davranışı Obamanın gəlişindən öncə şənbə günü axşam qeydə alınıb.
azadliq.info