Ölkə başçısı İlham Əliyev aprelin 14-də bir neçə icra başçısının əvəzlənməsi haqda sərəncamlar verib.
Sərəncamlara əsasən Masallının icra başçısı Qəzənfər Ağayev bu vəzifəsindən azad edilib və Astara rayonuna icra başçısı təyin olunub.
Masallıya isə Prezident Aparatının əməkdaşı Rafil Hüseynov təyinat alıb.
Astaranın işdən çıxarılan icra başçısı Taleh Qaraşov Lənkərana, Lənkəranın icra başçısı Tofiq İbrahimov Ağdaş rayonuna icra başçısı təyin olunublar.
İmişlinin icra başçısı Əbülfəz Ağayev tutduğu vəzifədən azad edilib. Onun yerinə Samuxun icra başçısı Vilyam Hacıyev təyin olunub.
Digər sərəncamla Niyazi Bayramov Mingəçevir şəhərinin icra başçısı təyin edilib.
Növbəti sərəncamlar isə Bakının Sabunçu rayonunu ilə bağlı olub. Əlibaba Əliyev rayonun icra başçısı vəzifəsindən azad edilib, onun yerinə isə Adil Vəliyevi təyin olunub.
Daha bir neçə icra başçısının yeri dəyişdi
•