Bərdədə 6 yaşlı uşaq ov tüfəngi ilə 2 nəfəri yaraladı

Azərbaycanın Bərdə rayonunda silahlı insident olub.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Alpout kəndində qeydə alınıb. Kənd sakini, 6 yaşlı Emin Qarayev qoşa lülə ov tüfəngi ilə oynayarkən ehtiyatsızlıqdan atəş açılıb. Nəticədə silahdan açılan güllə onun qardaşı, 7 yaşlı Allahverdi Qarayevə və əmisinin həyat yoldaşı 21 yaşlı Röyalə Qarayevaya dəyib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Allahverdi Qarayevin vəziyyəti ağır olduğundan o Bakıya gətirilib. Faktla bağlı araşdırma aparılır.