Gürcüstan Qafqazda hərbi gücə çevrilir

Gürcüstan hərbi gücünü artırmağa davam edir. Hal-hazırda 30 min daimi nəfərlik daimi hərbi qüvvəyə sahib olan Gürcüstan ehtiyat qüvvələrini 70 min nəfər artıraraq, 2013-cü ildə 150 min nəfərə çatdıracaq. Gürcüstan son aylarda yerli istehsalı olan hərbi məhsullarla da önə çıxıb. Pilotsuz təyyarələr, reaktiv atəş sistemi, “Didqori” zirehli maşınını sınaqdan çıxarılıb.
Saakaşvili bu haqda deyib: “Ruslar “Didqori” PDM-ni görəndə onlar “Didqori”yə çatmaq üçün öz  PDM-lərini hazırlamağa başladılar. Rusiya polis sistemində, maşınlarda, iqtisadi sahədə bizə oxşamağa başlamışdı. Amma mən inana biməzdim ki, onlar silahlanmaqda bizi yamsılayacaqlar. Deməli, biz nə isə bacarırıq”.
 
Saakaşvili rus dilinin artıq monopolist dil olmadığını da bildirib. “Mən prezident olan abituriyentlərin 80%-i xarici dil kimi rus dilini seçirdi, 20%-i digər dilləri. Bu il 77% ingilis dilini seçib, cəmi 14% rus dilini”.
 
azadliq.info