Aprelin 12-də günorta saatlarında Bakıda insan alverinə qarşı mübarizə tədbirləri çərçivəsində əməliyyat həyata keçirilib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Sabunçu rayonu ərazisində, Bakıxanov dəmir yolu stansiyasının həyətindəki kafedə 3-4 aylıq qız uşağının satılmasının qarşısını alıb.
Məlumata görə, paytaxt sakinləri 1978-ci il təvəllüdlü G.R. və onun qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı, 1991-ci il təvəllüdlü S.R. bir neçə ay əvvəl doğulmuş körpə qız uşağını 2 min manat qarşılığında satarkən yaxalanıblar.
Fakt üzrə araşdırmalar davam etdirilir.