“Azəriqaz”ın işçisindən müdhiş korrupsiya

Qaz Idarəsi 33 min manatlıq qaz borcunu 295 min manata kimi şişirdib

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsində Nəsimi rayon Qaz Istismarı Idarəsinin vəzifəli şəxslərinin barəsində cinayət işi qaldırılıb. Onlar vəzifədən sui-istifadədə və vəzifə saxtakarlığında ittiham olunurlar.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir. Araşdırma zamanı məlum olub ki, “Azəriqaz” Istehsalat Birliyi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutunun istifadə edilən qaza görə borcunu şişirdib. Belə ki, 33 min manat məbləğində borc 295 min manata kimi artırılıb. Istintaq davam edir.