Səudiyyə Ərəbistanına güclü qar yağdı; 4 nəfər öldü

Səudiyyə Ərəbistanının cənubundakı Asiri əyalətinə güclü yağış və qar yağıb. Nəticədə 2-si uşaq olmaqla 4 nəfər sel sularında boğularaq ölüb.
“Əl Ərəbiyə” televiziyasına danışan yerli rəsmi qaynaqlar aprelin 11-də gün boyu davam edən yağıntıdan sonra bəzi bölgələrin tamamilə qar altında qaldığını deyib.
Qeyri-adi hava şəraiti səbəbindən əyalət mərkəzinin ətrafla əlaqəsi kəsilib. Mülki müdafiə qrupları oradakı sakinləri xilas edə bilib. Yağıntılar bölgədəki iki fermaya da böyük ziyan vurub.
“Əl Ərəbiyə”yə danışan  şahidlər qar, yağış və şiddətli küləklərlə özünü göstərən pis hava şəraitinin bu bölgə üçün görülməmiş olduğunu deyiblər.
80 min kvadrat metr ərazisi olan Asiri əyalətində 2.1 milyon insan yaşayır.

azadliq.info