Maaş əvəzinə cücə

Özbəkistanda Buxaranın Vobkent rayonunda dövlət işində işləyənlərə maaş əvəzinə cücə verirlər. Serbiyadan gətirilən 20 min cücə paylanılarkən, 4 min 500 cücə azgəlirli ailələrə pulsuz verilib. Vobkent rayon bələdiyyə sədrinin Mahmud Halimov bunu Özbəkistan Nazirlər Kabinetinin rayon və qəsəbələrdə quşçuluq və yumurta sayının artırılmasına dəstək kimi qiymətləndirib. Sonrakı maaşların verilməsi üçün 40 min cücə sifarişi aldıqlarını bildirib.
Sifarişin əsas səbəbi kimi serb toyuqlarının iki ay içində yumurtlaması və özbək toyuqlarına nisbətən daha məhsuldar olması göstərilir. Vobkent sakini bir müəllimə: “Bizim hər birimizə 10 cücə almamızı dedilər. Cücənin birinini qiyməti 5 min 500 somdur (2.5$). Bunlar yerli cücələrdən daha bahadır”.
 
azadliq.info