“Real” Madrid emblemindən xaçı çıxardı

İspaniyanın və dünyanın tanınmış futbol klubu “Real” Madrid müsəlman ölkələrindəki tərəfdarlarının da dəyərlərinə hörmət eləmək üçün emblemindəki kral tacı üzərində düzəliş edib. Artıq komandanın loqotipindəki xaç çıxarılıb.
Klub rəhbərliyi bəyan edib ki, bu addım “Real”ın Avropadakı müsəlmanlar arasında və Yaxın Şərq ölkələrində populyarlaşması naminə atılıb.
İspaniyanın “Marca” nəşri yazır ki, rəhbərik əhalisinin əksəriyyəti müsəlman olan regionlarda konfliktlərdə yol verməmək üçün loqotipi dəyişdirmək qərarını verib.
“Real” Madridin emblemində 1920-ci ildən etibarən xaç salınıb. O vaxt İspaniya kralı XIII Alfons komandanı öz himayəsinə götürmüşdü.
Qeyd edək ki, bundan əvvəl digər populyar ispan klubu “Barselona” öz loqosundan xaçı çıxardıb. “Barselona” bu addımı Qətərdəki sponsor fondu ilə münasibətləri korlamamaq üçün atmışdı (“Azadlıq” radiosu).