Ərdoğan Əsədi hədələdi

“Əsəd bizi Suriyaya girməyə məcbur etməsin”

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Suriya hakimiyyətinə qarşı növbəti dəfə sərt açıqlamalarla çıxış edib.

Lent.az-ın Türkiyənin “Haber” agentliyinə istinadən verdiyi məlumata görə, baş nazir çıxışı zamanı qeyd edib ki, başqa ölkələr sərhədlərində baş verən hadisələrə necə münasibət bəsləyirsə, Türkiyə də onu edəcək.

“Əsəd bizi ora girməyə məcbur etməsin” – deyə, Ərdoğan vurğulayıb. Baş nazir onu da bildirib ki, indiyə qədər 25 min suriyalı Türkiyədə sığınacaqla təmin edilib: “Biz suriyalılara qapılarımızı bağlamayacağıq. Türkiyə dövləti Suriya köçkünləri üçün indiyə qədər 150 milyon dollar vəsait xərcləyib”.