“Obama İlham Əliyevi yerinə oturtdu”

“Azərbaycanda İsrail bazası” mövzusu gündəmdən düşmür

İsrail mediası: «Obama Azərbaycan prezidentini yerində oturtdura bildi və İsraillə hər hansı əməkdaşlıqdan vaz keçməyə məcbur etdi»

Azərbaycan hökümətinin Iran sərhədi yaxınlığında Israilə aviabaza verməsi haqda məlumat dünya mediasında hələ də müzakirə olunmaqdadır. “Foreign Policy” xəbər portalında gedən bu informasiyaya Israil mətbuatı aqresiv münasibət bildirməkdə davam edir.
Bu dəfə “Jeish orld revie” xəbər portalında Frank Qafninin tənqidi məqaləsi gedib. Məqalədə Barak Obama administrasiyası və onun Azərbaycan siyasəti tənqid edilir.
Obamanın ABŞ və müttəfiqlərinin təhlükəsizlik sirlərini bəyan etməsi dünyanı daha təhlükəli edir. Gələcəkdə çox sayda adamın həlak olmasına rəvac verə bilər. Misal kimi “Əl- Qaidə” lideri Ben Ladenə qarşı keçirilən əməliyyatın xırda detallarının mətbuata açıqlanması göstərilir.
“Ən təəcüblüsü odur ki, belə məxfi informasiyalar Obamanın Ali Baş Komandan kimi qətiyyətinin reklam edilməsi üçün ictimaiyyətə təqdim olundu”.  
Müəllif dövlət başçısın məxfi dövlət sirlərini açıqlamasını tənqid edərək diqqəti Azərbaycanın üzərinə çəkir. “Hələ bu yaxınlarda “dörd yüksək ranqlı diplomat və kəşfiyyat zabitləri”nə istinadən, Mark Perrinin “Foreign Policy” jurnalında Israilin Irana hücum üçün Azərbaycanda təyyarələr yerləşdirməsi haqqda əxlaqa uyğun olmayan məqaləsi getmişdi. Perri iddia edirdi ki, “yüksək ranqlı hökümət nümayəndəsi fevralın əvvəlində ona deyib ki, Israil “Azərbaycan” adında aerodrom satın alıb. Məlumat həqiqətdirsə belə, bu Obamanın siyasi komandasında məxfi informasiya sızmalarının olduğundan xəbər verir”.
Frank Qafni sızdırılan informasiyanın arzulanan effekt verdiyini bildirir. “Obama Azərbaycan prezidenti Ilham Əliyevi yerində oturtdura bildi və Israillə hər hansı əməkdaşlıqdan vaz keçməyə məcbur etdi. Bununla o, Israilin təhlükəsizliyini sabotaj edərək, Iranı effektli şəkildə müdafiə edə bildi.” Müəllif bazar günü “Washington Post” qəzetində “Ağ Evin yüksək vəzifəli məmurlarına” istinadən verdiyi məqaləyə də diqqət çəkir. Məqalədə ABŞ-ın kəşfiyyat imkanları, Iranın nüvə proqramı kompyuter sistemlərinə cəsus “soxulcanların” buraxılması, uçan kəfiyyat aparatları haqqında xeyli məlumat verilmişdi. “Görünür ki, Obamanın komandası məxfi məlumatlarla manipulyasiya etməyi bacarır. “Bunu “siyasi kompromis” adlandırmaq olar, amma prezidentin belə düşünməsi bizim və bir çox azadlıqsevər insanın təhlükəsizliyini zərbə altında qoyur”, – deyə Frank Qafni yazır.

Informasiya şöbəsi