Bakı-Şamaxı yolunun 49-cu kilometrliyində partlayıcı qurğu aşkarlanıb. Dərhal yollar bağlanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin, Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub
Hadisə yerində olan ANS-in müxbirinin verdiyi məlumat6a görə, dövlət yol polisi xidmətinin əməkdaşları Bakı-Şamaxı yolunun kənarında artilleriya mərmisi tapıblar.
Məlumata görə, mərmi magistral yolun Abşeron rayonu Təzəkənd kəndi ərazisindən keçən hissəsində, yoldan 10-15 metr aralıda tapılıb. Yol polisi əməkdaşları dərhal hadisə barədə MTN, FHN və DİN-ə məlumat veriblər. Bu qurumların mütəxəssisləri hadisə yerinə baxış keçiriblər. Mərmi zərərsizləşdirilib.