QOÇ
Ehtiyatsızlıq edirsiniz. Bu da ciddi problemlər yarada bilər. Səfərə çıxarkən yolda pul, yaxud da sənəd itirəcəyiniz ehtimal edilir. Mağazalardan kənar gəzin. Uğursuz alış-veriş edəcəyiniz gözlənilir.
BUĞA
Hamıya etibar etməyin. Bu gün daxili səsiniz sizi aldada bilər, xüsusilə də söhbət yeni tanışlardan gedirsə. Xoş adamların əhatəsində istirahət etmək həm fiziki, həm də mənəvi baxımdan faydalıdır.
ƏKIZLƏR
Uğur qazanmaq şansınız böyükdür. Bir balaca təmkin nümayiş etdirsəniz, sevdiyiniz şəxslə aranızdakı fikir ayrılığına son qoya bilərsiniz. Bir sözlə, sizin üçün qaranlıq qalan məsələlərə aydınlıq gətirəcəksiniz.
XƏRÇƏNG
Hadisələri tələsdirməyin. Nə qədər səbrli olsanız, bir o qədər faydasını görərsiniz. Günün birinci hissəsində yola çıxsanız, ehtiyatlı olun. Yolda pul, yaxud da sənəd itirmək riski var. Yaxınlarınız sizə qayğı və diqqət göstərəcəklər.
ŞIR
Siz günü maraqlı və xoş keçirmək ümidilə hadisələrə müdaxilə etməyə çalışacaqsınız. Ancaq bu cəhdiniz əbəsdir. Gün, əsasən ev işləri üçün yararlıdır. Günün ikinci yarısında görüşə çağırılacağınız gözlənilir.
QIZ
Böyük miqyaslı işlərə başlamaq məsləhət görülmür. Gün daha çox balaca, sizin üçün maraq kəsb etməyən işlərin reallaşdırılmasına yararlıdır. Ayrılığı ilə sizə əziyyət verən adamın yenidən peyda olacağı gözlənilir. Münasibətləri bərpa etməyə dəyərmi? Bu mövzuda yaxşı düşünməyiniz vacibdir.
TƏRƏZI
Ulduzlar sizə pozitiv enerji bəxş edəcəklər. Səhər erkəndən nikbin əhval-ruhiyyəyə köklənəcəksiniz. Bürcün bəzi nümayəndələrini isə qara fikirlər üzəcək. Yaxşı olar ki, başınızdan bu fikirləri atasınız. Evdən tək çıxsanız, yeni tanışınız peyda olacaq.
ƏQRƏB
Yaxınlarınızla tez-tez mübahisə edirsiniz. Diskussiyalarınız konstruktiv müstəvidə keçəcək və xoş qərarla başa çatacaq. Gün ən yaxın adamla ciddi məsələlərin müzakirə edilməsi baxımından əlverişlidir.
OXATAN
Istənilən yaradıcı iş üçün məhsuldar gündür. Şən və gümrahsınız. Əhatənizdəkiləri darıxmağa qoymayacaqsınız, hamının əhvalını yüksəltməyə çalışacaqsınız. Başqalarının işlərilə o qədər məşğulsunuz ki, özünüzə vaxt ayıra bilmirsiniz.
OĞLAQ
Əvvəldən seçdiyiniz istiqamətdə hərəkətə davam edin. Yeni təkliflərə gəlincə, bu sferada ehtiyatlılıq tələb olunur. Ən yaxın adamınızın qəlbinə toxunacaq addım atmayın. Romantik münasibətlər diqqət tələb edəcək.
DOLÇA
Kifayət qədər çətin və yorucu gündür. Yaxın adamlarla aranızda fikir ayrılığı ola bilər. Yekdil fikrə gəlmək çətin olacaq. Xüsusilə də söhbət maliyyə, daşınmaz əmlakdan gedirsə. Ehtimal ki, valideynlərinizlə, yaxud da qohumlarla mübahisə edəcəksiniz.
BALIQLAR
Vacib işlərinizi günün birinci yarısına planlaşdırın. Ilk görüb-tanıdığınız adama etibar etməyinizi ulduzlar dəstəkləmir. Kulinariya sahəsində eksperimentlər aparmayın. Çünki zəhərlənmək ehtimalı var. Yaxud qidaya allergik reaksiya da verə bilərsiniz.

07.04.2012
•