İsveçrənin Azərbaycandan qəribə xahişi

«Ixrac etdiyim saatlara görə rüsumu azalt, sənə zibil emalı zavodu tikim»

Isveçrə federal hökuməti Azərbaycan hökumətindən bu ölkədən ixrac edilən saatlara görə gömrük rüsumunun azaldılmasını  xahiş edib. Bu barədə kp.ru saytı xəbər yayıb. Xəbərdə deyilir ki, Isveçrənin ixrac etdiyi saatlara görə dünyada ən çox gömrük rüsumu tutulan ölkələr arasında ilk üç yerdən birini Azərbaycan tutur.
Federal hökumət Azərbaycan tərəfinin rüsumu azaldacağı təqdirdə ölkəmizdə zibil emalı zavodu tikməyi təklif edib. Saytın yazdığına görə, Isveçrə zavodu Azərbaycan üçün havayı tikməyi planlaşdırır. “Azərbaycan tərəfinin nə cavab verəcəyi isə hələ bəlli deyil” – deyə sayt yazır.

Informasiya şöbəsi