Səddam Hüseynin tapançası israilliyə qismət oldu

İsrail ordusundan silah alan israilli kolleksioner təsadüfən keçmiş İraq lideri  Səddam Hüseynin tapançasını aşkar edib. İraq firması “Tariq”in istehsalı olan 9 mm-lik hədiyyəlik tapançanın üstündə Səddam Hüseynin adından ünvanlanan yazılar var. Tapançaların birinin üstündə yazılıb: “General Əli Həsən Əl-Məcidə, mənim əmimoğluma, hörmətlə Səddam Hüseyndən. Bağdad. 2001-ci il”.
Tapançalar hamısı İsrail ordusunun hərbi qənimətidir. İkinci Körfəz savaşı zamanı İsrail əsgərlərinin İraq ərazisində döyüşlər apardığı haqda şaiələr vardı. Amma rəsmi olaraq bu informasiya təsdiqlənməmişdi.

azadliq.info