Rəsul Quliyev və islamçılardan 8 aprelə dəstək

“Cəmiyyətdə islahatlar getmirsə, problemləri nəzərə almırlarsa, xalq da öz iradəsini, istəyini, etirazını hansısa yolla ifadə etməlidir. Televiziyalarda və əksər mətbuat orqanlarında buna şərait yaratmırlar. Xalq da məcburdur bu yola əl atsın”. Bunu, Islam Partiyasının sədr əvəzi Elçin Manafov Ictimai Palatanın 8 aprel mitinqinə münasibət bildirərkən deyib.

 E.Manafov bildirib ki, aksiyada Islam Partiyası olaraq iştirak etmək haqqında qərar verməyiblər. Amma partiyanın istənilən üzvü vətəndaş olaraq bu etiraz tədbirinə qoşula bilər: “Biz heç kimə qadağa qoymamışıq. Üzvlərimiz bu mitinqdə vətəndaş kimi, fərdi şəkildə iştirak edə bilərlər. Amma Islam Partiyası olaraq qatılmaq barədə qərar qəbul edilməyib. Ümumilikdə isə mitinqin keçirilməsinə müsbət baxırıq. Biz özümüz də razılaşdırılmış aksiya üçün müraciət etmişdik. Amma cavab vermədilər”.

Dünən Rəsul Quliyevin liderlik etdiyi Açıq Cəmiyyət Partiyası da 8 aprel mitinqinə qoşulmaq barədə qərar verib. Bunu partiyanın sədri Vaqif Mahmudov bildirib.