Yazıçı Qərbi ikiüzlü adlandırıb.
Nobel mükafatçısı alman yazıçı Günter Qrass İsrailin İrana hücum təhdidlərini sərt tənqid edən şer yazıb. O, İsrailin nüvə silahna sahib olmasını dünya sülhü üçün təhlükə adlandırıb. “Deyilməsi gərəkənlər” başlıqlı şerində 84 yaşlı yazıçı nüvə proqramları məsələsində Qərbi ikiüzlü adlandırıb. Qrass həmçinin İsrailinin nüvə proyektlərinin və nüvə silahının beynəlxalq təşkilatlar tərəfindən daimi yoxlanılması çağırışını da edib. İsrailin İrana “qabaqlayıcı zərbə” vurma haqqından danışmasını da tənqid edib.
Günter Qrass: “Danışmaq üçün çox gec ola bilər.” Alman hökümətinin İsrailə sualtı qayıqlar satmasından sonra bu şeri yazmağa qərar verən Qrass “bu sualtı qayıqlar tək bir atom bombasının varlığı sübut olunmayan yerə, hər şeyi məhv edə bilən nüvə başlıqları göndərə bilər” – deyib.
Almaniya İsrailə nüvə başlığı daşıya bilən 6 sualtı qayıq satmağı qəbul etmişdi. İsrail isə nüvə silahına malik olmasını nə inkar, nə təsdiq edir. İran isə dinc nüvə məqsədinin olmasına Qərbi inandıra bilmir.
Nobel laureatının tənqidi şeri Qərbdə böyük rezonansa səbəb olub. Artıq yəhudi lobbisi dünya mətbuatında yazıçıya qarşı qara piar kampaniyası başlayıb. Mənfi cəhət kimi yazıçının 1944-cü ildə “SS” təşkilatına üzv olması vurğulanır.
azadliq.info