Beynəlxalq məhkəmə Seyfülislamı tələb edir

Oğul Qəzzafi “insanlığa qarşı cinayət”ə görə mühakimə olunacaq

Beynəlxalq Cinayət Məhkəməsi Liviyanın öldürülmüş diktatoru Müəmmər Qəzzafinin oğlu, yeni hökumət qüvvələrinin nəzarətindəki həbsxanada saxlanılan Seyfülislamın təhvil verilməsi üçün çağırış edib. Məhkəmə rəsmiləri Liviyanın yeni hökumətinə müraciət ünvanlayaraq Seyfülislamın “insanlığa qarşı cinayət” ittihamıyla mühakimə olunması üçün təhvil verilməsini istəyib.

Əlavə edək ki, ötən il Müəmmər Qəzzafi rejiminin devrilməsi və diktatorun öldürülməsindən sonra Niger ərazisinə qaçmağa çalışan Seyfülislam Misratadakı həbsxanada saxlanılır. Seyfülislam Qəzzafi rejimə qarşı üsyan zamanı kəşfiyyat rəhbəri Abdulla əl Sənussi ilə əlbir olaraq dinc vətəndaşları öldürməkdə günahlandırılır. Liviyanın yeni hökuməti onun ölkə ərazisində mühakimə olunmasını istəsə də beynəlxalq və yerli hüquq müdafiə təşkilatları Seyfülislamın Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verilməsinə dair çağırışlar edir.

İnformasiya şöbəsi