Əmlak Məsələləri Dövlət Komitəsi mayın 1-də respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısını açıqlayıb.
Lent.az-ın Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlər sırasında Bakı şəhər İcarə Ticarət Evi, başqa sözlə, Bakı köhnə Univermağıdır.
Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 3 ünvanında yerləşən, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzin tabeçiliyində olan bu nəhəng ticarət kompleksinin sahəsi 522,2 kvadratmetrdir. Rəsmi məlumatda müəssisənin 45 işçisi olduğu qeyd edilib. Bakı şəhər İcarə Ticarət Evinin start satış qiyməti 64 min 762 manat, ilkin satış qiyməti 55 min 48 manatdır.
Qeyd edək ki, Bakının bu hissəsində 1 kvadratmetr mənzilin qiyməti 1500-2000 manat civarındadır…