Azercell şirkəti sim-kartlarının qiymətinin qaldırılması barədə söz-söhbətlərə aydınlıq gətirib.
Şirkətdən yayılan açıqlamada bildirilir ki, gün ərzində “ Azercell Telekom” MMC şirkətinə, Bakının müxtəlif satış məntəqələrində Azercell sim kartlarının qiymətlərinin qalxması ilə bağlı müraciətlər və suallar daxil olub: “Azercell şirkəti rəsmən bildirir ki, şirkət tərəfindən sim kartların satış qiymətlərində heç bir dəyişiklik edilməyib. Sim kartların nominal qiymətlərindən baha qiymətə satılması halları həmin kartların satıldığı məntəqələrin özbaşınalığı və Azercell şirkəti ilə razılaşdırılmamış fəaliyyətinin nəticəsidir”.