Putin iqtisadiyyatın SSRİ modelinə qayıdır

Putin çıxışında bəyan edib ki, dövlət, bələdiyyə idarələri, həmçinin federal büdcədən maliyyələşən şirkətlər 2013-cü ildə ancaq Vahid İqtisadi Məkan  ölkələrinin ərazisində istehsal olunan avtomobilləri almalıdırlar. Putin: “Yerli istehsalçıya əlavə dəstək lazımdır. Büdcədən maliyyələşənlər gələn il ancaq Rusiya, Belorusiya və Qazaxıstanda istehsal olunan avtomobilləri almalıdırlar. İstisna o zaman ola bilər ki, alınacaq avtomobil tenikası bu respublikalarda istehsal edilməsin”.
Putin qeyd edib ki, bu qərar Beynəlxalq Ticarət Təşkilatının normalarına ziddiyyət təşkil etmir. Belə ki, dövlət satınalmaları daxili qanunlara uyğun müəyyənləşdirilib.

azadliq.info