Icra başçısı suya qənaət edilməsi barədə göstəriş verib
Sumqayıtda su verilişində məhdudiyyətlər yaranıb. Bu barədə “AzeriNews” xəbər portalına şəhər sakinləri məlumat verib. Sakinlər bildirib ki, Eldar Əzizov icra başçısı təyin ediləndən sonra şəhərdə su problemi yaranıb. “Sumqayıtın əksər mikrorayonları və məhələllərində su verilişləri məhdudlaşdırılıb. Nümunə olaraq 3, 4, 8, 9, 13, 6-cı mikrorayonların adını çəkmək olar”.
Sakinlərin sözlərinə görə, su idarəsi məsuliyyəti icra hakimiyyətin üzərinə atır: “Bizə deyirlər ki, icra başçısının göstərişi var ki, suya qənaət edilsin. Ona görə də su verilişində məhdudiyyətlər yaranıb”. Sakinlər vəziyyətin belə davam edəcəyi təqdirdə icra hakimiyyətinin qarşısında aksiya keçirəcəklərini bildiriblər.