Bəşər Əsədin “yanmış torpaq” taktikası

Suriya höküməti Annan planına uyğun olaraq ordunu və hərbi texnikanı şəhərlərdən çıxarmağa başlayıb. “The Times” qəzeti xəbər verir ki, BMT-in sülh planına baxmayaraq, üsyançılara hücumlar davam edir. Bəşər Əsədin hərbçiləri şəhəri tərk edərkən arxada qalan hər şeyi məhv edirlər. Əsgərlər şəhərləri tərk edərəkən siyasi fəalların evini yandırır, qida ehtiyatlarını məhv edir, həbslər aparılır. Şahidlərin ifadəsinə görə dünən 14 ev yandırılıb. Dael şəhəri sakini Səid Mahmud adlı fəalın dediyinə görə, bu tədbirlər Bəşər Əsədə qarşı çıxanların ac qalması və gücdən düşməsi üçün edilir.

azadliq.info