
Avronest Parlament Assambleyasının (PA) nümayəndələri bu gün Müsavat Partiyasının qərargahında İctimai Palatanın rəhbərliyi ilə görüş keçiriblər. Görüşdə Avronestin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Gerben Jan Gerbrandy və Avropa Parlamentinin deputatı, VVD Partiyasından Jan Mulder iştirak ediblər.
Görüşdə Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət, İctimai Palata ilə Avropa Parlamenti və Avropa Parlamentinə daxil olan siyasi partiyalar arasında əməkdaşlıq məsələləri müzakirə olunub. İctimai Palatadan görüşdə Koordinasiya Şurasının üzvləri iştirak edib.


