QOÇ
Şən və fəalsınız. Yeni macəra üçün əlverişli zamandır. Əgər yeni tanışlığa can atırsınızsa, evdə oturmayın. Ulduzlar xeyli sayda xoş görüşlərinizin olacağını bildirir.
BUĞA
Bu günə qədər məşğul olmadığınız işlərə girişməyin. Yaxşı olar ki, gündəlik işlərinizlə məşğul olasınız. Yaşca sizdən böyük olan qohumlardan birilə aranızda mübahisə düşəcəyi ehtimal edilir. Ən çətini isə valideynlərilə birlikdə yaşayan “Buğa”lar üçün olacaq.
ƏKIZLƏR
Günün başlıca çətinliyi öz hərəkətlərinizə görə məsuliyyət hiss etməməyiniz yaradacaq. Bu üzdən də işdə həm özünüzə, həm də başqalarına artıq problemlər yaradacaqsınız. Bu gün sanki ətrafdakılarla mübahisə etməkdən həzz alırsınız.
XƏRÇƏNG
Bəxtiniz gətirmir. Ən pisi də budur ki, siz var gücünüzlə yanlışlığa yol verməməyə çalışsanız da, vəziyyət sizə qarşıdır. Təslim olmayın, sona qədər mübarizə aparın və o xoşbəxt anı gözləyin.
ŞIR
Yaxınlarla ünsiyyətdə olmaqdan həzz alacaqsınız. Köhnə dostlar sizi xoş sözlərlə dəstəkləyəcəklər. Xoş sürprizlər, hədiyyələr də istisna deyil. Həyat eşqiniz yüksəkdir. Işgüzar münasibətlərdə lider olmaq uğrunda aparılan mübarizədən qalib çıxacaqsınız.
QIZ
Bir işə girişməmişdən əvvəl bu barədə ətraflı məlumat toplayın. Uğursuz alış-veriş edəcəyiniz ehtimal edilir. Bu səbəbdən də pulunuza qənaət edin. Şəxsi müstəvidə isə vəziyyət daha yaxşı olacaq.
TƏRƏZI
Uğursuz gündür, o qədər bəxtsizliklə üzləşəcəksiniz ki, nikbinliyinizi itirəcəksiniz. Işgüzar aləmdə problemləriniz olacaq. Daxili sakitliyinizi qoruyub saxlaya bilməyəcəksiniz. Dostlarla görüş mübahisə ilə nəticələnəcək, yaxınlarınızla anlaşa bilməyəcəksiniz.
ƏQRƏB
Sakitliyinizi qoruyun, onsuz situasiyanı idarə etmək mümkünsüzdür. Ətrafınıza qarşı diqqətli olun, gözünüzdən hər hansı bir faktın yayınmasına imkan verməyin. Bürcün bəzi nümayəndələrinin bu gün aşiq olacağı bildirilir.
OXATAN
Bu gün cazibənizlə hamının diqqətini cəlb edəcəksiniz. Nə qədər çox iş planlaşdırsanız, görüş təyin etsəniz, bu gün üçün münasib sayılır. Pozitiv tendensiyalardan istifadə edərək küsdürdüyünüz adamla münasibətinizi bərpa edin.
OĞLAQ
Uğursuz gündür. Günün başlıca problemi ətrafdakılarla dil tapa bilməməyinizdədir. Işgüzar danışıqlar da yaxşı keçməyəcək. Yaxınlarla da mübahisə edəcəyiniz gözlənilir. Siz əhatənizdə baş verənlərə kəskin və çılğın reaksiya verəcəksiniz.
DOLÇA
Yeni işlərə başlaya bilərsiniz. Əgər təklikdə işləmək fikriniz varsa, tələsməyin. Ehtimal ki, gəliriniz olacaq. Qeyri-rəsmi danışıqlar üçün münasib gündür. Qonaq da qəbul edə bilərsiniz.
BALIQLAR
Yaxşı olar ki, tələskənliyə yol verməyəsiniz. Ehtiyatlı olun. Yeni işlərə imza ata bilərsiniz. “Balıqlar” tez aşiq olurlar, o cümlədən də tez soyuyurlar. Yeni ümidlər bürcün nümayəndələrini asanlıqla tərk edəcək.

04.04.2012
•


