Ərdoğandan Kılıçdaroğluna ağır ittiham

“İsrailin çirkli paltarlarını yuyan CHP sədri Kamal Kılıçdaroğlunu seçicisinə, sonra isə uca millətimə həvalə edirəm”
 
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan müxalifət lideri CHP sədri Kamal Kılıçdaroğlunun ittihamlarına cavab verib. Onu Hitlerlə müqayisə edən Kılıçdaroğluna  Ərdoğan 1930-cu illərdə CHP sədri İsmet İnönünün Adolf Hitlerlə bir yerdə şəkli gedən qəzet nömrəsini xatırladıb. 
Ərdoğan Kılıçdaroğluna ağır ittihamlar da ünvanlayıb. Onu “İsrailin çirkli paltarlarını yumaqda” günahlandırıb. Ərdoğan: “Öz ölkəsinin baş nazirinə cahil deyən, Fransa prezidentinə mədhiyyələr yağdıran, İsrailin çirkli paltarlarını yuyan CHP sədri Kamal Kılıçdaroğlunu seçicisinə, sonra isə uca millətimə həvalə edirəm. Təhqirlərini eynən ona qaytarıram”.
Ərdoğan Cənubi Koreyanın paytaxtı Seulda keçirilən nüvə sammiti və İran səfəri haqqında məlumat da verib. “İsrailin nüvə silahına sahib olmasına göz yumanların, bunu fərq etməyənlərin sülh məqsədilə aparılan nüvə tədqiqatlarına qarşı çıxmasının doğru olmadığını bildiridim. Bu ayrı-seçkilikdir”. 
 
azadliq.info