AYB-dən Əliyevə irad

Avropa Yayımları Birliyi Azərbaycanda mətbuat azadlığının olmamasından narahatdır

Avropa Yayımlar Birliyi (EBU) Azərbaycanda media azadlığı haqqında debatları genişləndirir. EBU-nun saytında yayımlanan məlumata görə, media azadlığı ilə bağlı seminar mayın 2-də keçiriləcək. Xəbərdə bildirilir ki, “Eurovision-2012″ mahnı müsabiqəsini Azərbaycanda keçirmək hüququ Azərbaycanın Ictimai Televiziyası Eldar Qasımov və Nigar Camalın 2011-ci ilin may ayındakı qələbəsindən sonra verilib.
Bu hadisə müsabiqəni qəbul edən ölkəni tanıtmaq, tamaşaçılar üçün nə ola biləcəyini göstərmək baxımından bir imkandır. Lakin müsabiqəni qəbul edən ölkənin etiraf etmək istəmədiyi bir sıra məsələlərə diqqəti cəmləşdirib. Insan hüquqları müdafiəçiləri insan hüquqlarının yaxşı vəziyyətdə olmadığı ölkədə bu müsabiqənin keçirilməməsi ilə bağlı araşdırma aparıblar. Lakin eyni zamanda, QHT-lər müsabiqəni dəyişikliklər agenti, özlərinin maraqlarını müdafiə etmək üçün platforma kimi istifadə etmək potensialını etiraf edir. Bu məsələlərin hər biri EBU-nu ciddi narahat edir. Heç kim maraqların toqquşmasını təmsil etmir. Baxmayaraq ki, EBU demokratiyanı və media azadlığını diqqətdə saxlayır, ”Eurovision” mahnı müsabiqəsi xalqları bir-birinə dostluq yolu ilə rəqib edən mədəniyyət bayramı və beynəlxalq musiqi yarışmasıdır. Digər hadisələrdən fərqli olaraq onun gücü insanları və ölkələri bir araya gətirmək bacarığından ibarətdir. “Eurovision” mahnı müsabiqəsinin məqsədi Avropanı birləşdirmək və təbii ki, yaxşı vaxt yaratmaqdan ibarətdir.
Müsbət dəyişikliyi tələb etmək məqsədi ilə başqaları üçün vasitəni yüngülləşdirməklə hər kəsə qalib gəlmək potensialı mövcuddur. Müsabiqənin keçirilməsi EBU-nun Azərbaycanın siyasi yanaşmasını qəbul etməsi ilə yozulmamalıdır. EBU həmçinin özünün məhdudiyyət arasında işləyən jurnalistlərə göstərdiyi dəstəyi gücləndirmək üçün məqamdan yararlanmaq niyyətindədir. EBU digər ölkələrdə ki, kimi Azərbaycanda da media azadlığı ilə bağlı fəal olub. 2010-cu ildə Ümumi Assambleyadan əvvəl, EBU Bakıda jurnalistlərin, blogerlərin və azərbaycanlı rəsmilərin iştirak etdiyi yeni media dövrü ilə bağlı iki günlük seminar təşkil edib. Assambleya söz və mətbuat azadlığı, demokratiya ilə bağlı bəyanat qəbul edib. Hansını ki, bunu EBU prezidenti Ilham Əliyevə şəxsən təqdim edib və bu görüş zamanı Azərbaycanda mətbuat azadlığının olmamasıyla bağlı narahatlıq ifadə edilib.