«Azadlıq»ın fotoreportyoru torpağa tapışırıldı (FOTOLAR)

Uzun müddət “Azadlıq” qəzetinin fotomüxbiri kimi çalışmış Əjdər Nağıyev aprelin 2-də vəfat edib. O, astma xəstəliyindən əziyyət çəkirdi. Müalicə üçün Istanbula aparılsa da, səhhətində müsbət dəyişiklik olmayıb.

Ə.Nağıyev Bakının Bülbülə qəsəbəsində kirayədə yaşayırdı. Səhərə yaxın səhhəti pisləşib, təcili yardım gələnə kimi vəfat edib. Əjdər ixtisasca memar idi. “Gözəl rəssamlığı, karikatura çəkməyi vardı, rəsm əsərlərindən ibarət sərgisi təşkil olunmuşdu”, – deyə “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıyev bildirib. Çəkdiyi fotolara görə “Media açarı” mükafatları almışdı. R.Hacıyev Ə.Nağıyevin çəkdiyi fotoları sənət dəyərinə malik fotolar kimi dəyərləndirib.
Ə.Nağıyev 1955-ci il martın 8-də Ismayıllı rayonunun Qoydan kəndində anadan olub. Dünən doğulduğu kənddə dəfn edilib.

Allah rəhmət eləsin!