Vahid Əhmədov Rauf Həbibovun həbsini tələb etdi

“Rauf Həbibov tamamilə günahkardır və o, məsuliyyətə cəlb olunmalıdır”

Qubadan olan deputat Vahid Əhmədov rayonun keçmiş icra başçısı Rauf Həbibovu cinayət əməllərində ittiham edərək, onun məsuliyyətə cəlb olunmasını istəyib. V.Əhmədov “Hürrəyyət” qəzetinə müsahibəsində deyib: “İcra başçısı Quba hadisələriylə əlaqədar tam günahkardır. Bir ildir ki, bu söhbət gedir, müvafiq qurumlara lazımı məlumatlar verilib. İcra başçısı faktiki olaraq Quba camaatını təhqir etmişdi və təhqir etməkdə davam edirdi. O cümlədən ciddi iqtisadi cinayətlərə və maxinasiyalara yol vermişdi. Rauf Həbibov tamamilə günahkardır və o, məsuliyyətə cəlb olunmalıdır. Onun evindən 4 milyon amnat nəğd pul çıxıb. Bundan başqa, onun Qubanın Qaladüz imarəti də aşkar edilib. Bütün bunlar araşdırma obyektidir”.

azadliq.info