Suriyaya gedən rus gəmisi İstanbulda

Rusiya Suriyaya hərbi gəmi göndərir. Məlumata görə, keçən həftə yola çıxan gəmi artıq İstanbul boğazı yaxınlığındadır. Rusiyanın Sevastopoldakı hərbi-dəniz bazasından çıxan gəmi Suriyanın Tarsus limanına gedir. Rus donanmasının mətbuat katibi Truxaçev gəminin Aralıq dənizində yerinə yetirəcəyi tapşırıqla əlaqədar səfərə çıxdığını bildirib. Rusiya mətbuatı gəminin regiona göndərilməsini Moskva və Dəməşq arasında müttəfiqliyinin nümunəsi kimi təqdim edir.

azadliq.info