Aksiyanın əsas şüarı vicdan məhbuslarının dərhal azad edilməsi ilə bağlı olub.
Bu gün şəhərin mərkəzi küçələrinin birində”Musavat Gənclər Təşkilatı”-nın bir qrup üzvü “Siyasi məhbuslara Azadlıq” adlı “flashmob” adı altında tədbir keçiriblər. Aksiyanın keçirilməsində məqsəd ötən ilin 2 aprelində qondarma ittihamlarla, saxta məhkəmə qərarları ilə həbsə atılmış vicdan məhbuslarının dərhal azadlığa buraxılması ilə bağlı olub.
Gənclər əyinlərində “demokratiya (democracy)”, “vicdan məhbuslarına azadlıq” yazısı olan maykalar geyiniblər.
bia.az