“Dəyirman işi”ndə məmurların izi

Uzun illərdir bu işlə bağlı davam edən məhkəmələrdə qanunlar ayaqlar altına atılır

Mülkiyyət hüquqlarının pozulması Azərbaycanda mühüm problemlərdən biri olaraq qalır. Bunun əsas səbəbi qanunvericiliyin zəif olması və məhkəmə qərarlarının normal icra olunmamasıdır. “Teafond”  QTSC-nə məxsus 3 saylı dəyirman kompleksinin binasının mənimsənilməsi faktı ilə bağlı yaranmış vəziyyət deyilənləri sübut edir. Xatırladaq ki, “Teafond” İB 11 may 1988-ci ildə Azərbaycan TXİ İdarə Heyəti tərəfindən yaradılıb. “Teafond” İB 25 noyabr 1993-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. “Teafond” İstehsalat Kommersiya Müəssisəsi İKM 1996-cı ildə “Teafond” QTSC-nə çevrilib. 1998-ci ilin yanvar ayında isə TXİ Azərbaycan Respublikası İqtisad Məhkəməsində iddia qaldıraraq “Teafond” QTSC-nin yaradılması üçün qərar olmadığını, TXİ-nın həmin cəmiyyətin qeydə alınması barədə Ədliyyə Nazirliyinə müraciət etmədiyini, cəmiyyətin TXİ-nın xəbəri olmadan təsis edilib qeydə alındığını iddia edərək “Teafond” QTSC-nin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi və “Teafond” İKM əvvəlki statusunun bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş edib. Halbuki, “Teafond” QTSC-nin dövlət qeydiyyatından keçirilməsi üçün Ədliyyə Nazirliyinə 28.06.1996-cı il, TXİ-nin 75 saylı müraciəti var. Üstəlik, Azərbaycan TXİ 16 fevral 1996-cı il tarixli qərarı ilə “Teafond” İKM Ədliyyə Nazirliyində səhmdar cəmiyyətə çevrilib. Buna baxmayaraq, AR İqtisad Məhkəməsinin 5-6 fevral 1998-ci il tarixli qətnaməsi ilə Azərbaycan TXİ iddiası təmin olunaraq Ədliyyə Nazirliyi tərəfindən “Teafond” QTSC-yə verilmiş 2055 saylı Dövlət qeydiyyatı haqqında şəhadətnamə qəbul edildiyi gündən etibarsız hesab edilib, “Teafond” İKM-nin statusu bərpa edilib. Azərbaycan TXİ məqsədi “Teafond” QTSC-nin əmlakını ələ keçirib satmaqdan ibarət olub.
Məhkəmənin bu qərardadını qanunsuz hesab edən “Teafond”-un direktoru Şamil Ağayev kassasiya şikayəti ilə yenidən İqtisad Məhkəməsinə Kassasiya qaydasında müraciət edib. 02 aprel 1998-ci ildə hakimlər Ə.İbrahimov, S.Hüseynli, E.Nağıyevanın iştirakı ilə keçən prosesdə İqtisad Məhkəməsinin əvvəlki qərarı qüvvədə saxlanılıb. Ş. Ağayevin verdiyi məlumata görə, bu qərardan narazı qalan o zamankı Baş Prokuror Eldar Həsənov məhkəməyə protest göndərib. Məhkəmə qərarını qanunsuz sayan Baş Prokuror qətnamənin ləğvini tələb edib. Ancaq İqtisad Məhkəməsi Rəyasət heyyətinin sədri Flora Əhmədova Baş Prokurorun 01/2995 saylı 25.08.1998-ci il tarixli protestinin təmin edilməməsi barədə qərar çıxarıb. Bu qərarın ortaya çıxmasında Flora Əhmədovanın Azərbaycan TXİ keçmiş sədri, mərhum xalq artisti Həsən Turabovla quda olması mühüm rol oynayıb.
Ş. Ağayevin sözlərinə görə, TXİ-nin rəhbərliyi “Teafond”-un əmlakını korrupsiya yolu ilə talamaq məqsədilə saxtakarlığa əl atıb:
Azərbaycan TXİ-nin İH-nin sədri A. Nemətov 11 mart 1998-ci il tarixli 07 saylı qərarla məhkəmədə irəli sürdüyü iddiaya zidd çıxaraq “Teafond” İKM-in ləğv olunması barədə 6 nəfərdən ibarət ləğv etmə komissiyanın yaradıb. Ancaq kommisiya kağız üzərində qalıb. Əmrin məhkəmə qaydasında həll olunması üçün “Teafond” İKM Arbitraj Məhkəməsinə iddia ilə müraciət etdik. Məhkəmə həmin iddiaya 320/11-68 saylı 12.05.1998-ci il tarixli qərardadla məhkəmə qaydasında baxılması barədə qərar qəbul etdi. Lakin məhkəmə prosesinin nəticəsi TXİ-nin xeyrinə olmadığını bilən A. Nemətov məhkəməyə 43 saylı 06 may 1998- ci il tarixli məktubla müraciət edərək “Teafond” İKM-də maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması barədə hakim N. Rəsulbəyovanı aldadaraq yalan ifadə vermişdir. Müraciətdə yalandan qeyd edilir ki, Azərbaycan Respublikası TPM-nin 20 və 84-cü maddələrinə əsasən “Teafond” İKM-in maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması başa çatanadək iş üzrə icraatın dayandırılmasına dair qərardad çıxarasınız. Həmin məktubu əsas götürən hakim  N. Rəsulbəyova A. Nemətovun saxta müraciətinə inanaraq “TPM”-in 84-cü maddəsini rəhbər tutaraq iş üzrə icraatın dayandırılması barədə qərar çıxartdı. Halbuki, hakim Rəsulbəyova işə baxmazdan əvvəl “Teafond” İKM-də yoxlamanın gedib-getmədiyini araşdirmalı idi. Hətta Respublika Prokurorluğunun 13/26 III-98 saylı 26 may 1998- ci il tarixli İqtisad Məhkəməsinin sədri Flora Əhmədovaya göndərdiyi məktubda “Teafond” İKM-da heç bir yoxlamanın olmadığını bildirmiş, 320/II -68 saylı “Teafond” İKM-in TXİ-yə qarşı iddia tələbi əsasında işin icraatının baxışının davam etdirilməsinə heç bir maneə olmamasını bildirmişdir. Bunlara baxmayaraq, hakim N. Rəsulbəyova işin icraatını 2 ilə qədər uzadaraq 2000-ci ildə Arbitraj Məhkəməsinin ləğv olunacağını bilib 8 sentyabr 2000-ci il tarixli 320/ II-68-5 saylı qərardadla TXİ-nin 11 mart 1998-ci il tarixli 07 saylı əmrin ləğv edilməsinə dair iddia işinin icraatına başlamışdır. İddiaçı və cavabdehin məhkəmə tərəfindən çağırılmamasına baxmayaraq 8 sentyabr 2000-ci il tarixdə, yəni elə həmin gün işə baxıb. 08.09.2000- ci ildə hakim N. Rəsulbəyova “Teafond” İKM-də təsərrüfat – maliyyə fəaliyyətinin yoxlanılması barədə sənədləri məhkəməyə təqdim etmək haqda qərar çıxarır. Beləliklə, hakim N. Rəsulbəyova növbəti saxtakarlığa yol verir. 8 sentyabrda isə hakim N. Rəsulbəyova məhkəmə iclasını saat 12:30-da açıq elan edir və tərəflərin iştirak etməməsini əsas gətirərək saat 12:45-də prosesi bağlayır və işin baxılmaması barədə qərar çıxarır. A.Nemətov tərəfindən törədilmiş bütün bu vəzifə cinayətlərinə baxmayaraq “Teafond” İKM-nin ləğv olunmasına nail ola bilmir. Hətta 2001-ci il 10 may tarixli 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə yenidən “Teafond” İKM-in məhkəmə qaydasında hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması barədə iddiası belə təmin edilməmişdir  iş № 2 –(81) – 390/2011 №-li Qərardad
A.Neymətov onuda bilmir ki, ləğvetmə komissiyası öz işini başa çatdıranadək 11 mart 1998-ci il tarixli 07 saylı əmrə görə məni işdən azad edib. İdarə bu günə qədər ləğv olunmadığı üçün həmin əmrin heç bir hüquqi qiyməti yoxdur. Bakı Şəhəri Vergilər Deartamenti Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin rəisi Nigar Alimovanın 02 dekabr 2011-ci ildə Ş. Ağayevə göndərdiyi cavab məktubunda da bildirilir ki, “Teafond” İKM 25.11.1993-cü ildə 4678 saylı qeydiyyatı nömrəsi ilə AR Ədliyyə Nazirliyi HŞDQ üzrə Bakı Bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır və hal-hazıradək qeydiyyat qüvvədədir.
Digər maraqlı məqam ondan ibarətdir ki, A. Nemətov 11 mart 1998-ci ildə “Teafond” İKM-in ləğv olunması barədə 07 saylı qərar çıxararkən heç bir əsaslı səbəbə istinad etməyib. Yəni Bakı Şəhər VDKHŞ DQİ-nin rəisi Nigar Alimovanın 17 fevral 2010-cu ildə Şamil Ağayevə göndərdiyi məktubda da qeyd edilir ki, qeydiyyatın ləğvi HŞDQ və DR haqqında Azərbaycan Respublikasının qanununun 16-cı maddəsinə uyğun aparılmalıdır. 2011 – ci il dekabrın 2- də göndərilmiş məktubda da “Teafond” İKM-in ləğvi barədə qərarın HŞDQİ və reyestri Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq aparılır.
“Teafond”-un mülkiyyətində olan, Nizami küç, 96-da yerləşən 3 saylı dəyirman kompleksini ləğv edə bilməyən TXİ- in rəhbərliyi onu qeyri qanuni yollarla ələ keçirib satmaq fikrinə düşür. Bu məqsədlə TXİ Bakı Şəhəri İHTİ və M HQİ-nə müraciət edir. Adıçəkilən idarənin rəisi Arif Qaraşov 21.07.1998-ci ildə TXİ- na QYM seriyalı 000588 saylı Qeydiyyat vəsiqəsi verir. Lakin qeydiyyat vəsiqəsi verilərkən “Teafond” İKM-in mövqeyi nəzərə alınmır. Əsl reallıq isə ondan ibarətdir ki, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 07.03.2002-ci il k2 -1/15 –III-27 saylı qətnaməsinə görə 12.12.1990-cı il tarixdə “Teafond” İB tərəfindən 60 saylı ödəmə tapşırığına əsasən 372.880 rubl məbləğində kompleksinin dəyəri Taxıl Məhsulları Nazirliyinə ödənilmişdir. Ancaq A. Qaraşov qeydiyyat vəsiqəsi verərkən bu faktı nəzərə almayıb. Bu isə tərəflər arasında gizli sövdələşmənin olduğunu deməyə əsas verir. Həmin qeydiyyat vəsiqəsindən sui-istifadə edən A. Nemətov “Teafond” İKM-in əmlakını özünə yaxın müasibətdə olan adamlara satmağa başlayır. Halbuki, 3 saylı dəyirman kompleksi Azərbaycan Respublikası Mədəniyyət Naizirinin müavini Ş. Sadıqovun ATXİ idarə heyətinin sədri A. Nemətova 22.09.1992-ci ildə göndərdiyi 11-1261-03-13 saylı məktubda qeyd edilir ki, 3 saylı dəyirman kompleksi Tarix və Memarlıq abidəsidir. TXİ isə həmin abidədən Mədəniyyət-Ticarət Mərkəzi yaratmaq məqsədilə istifadə edə bilər. Yəni, tarixi abidəni satmaq qadağandır. Buna baxmayaraq, A. Nemətov TXİ-nin müqavilə ilə işləyən hüquqşünası, hal-hazırda, Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov İlqar Kamil oğlu (Nizami küç. 96 ünvanda 230 kv.m sahəni 4000 ABŞ dollarına), TXİ-yə məxsus binada icarəçi “Birlikbank” ın müdiri Quliyev (800 kv.m sahəni 24000 ABŞ dollarına, 3 mərtəbəli Tarixi abidə) TXİ-nin üzvü olmayan nizamnamənin tələblərini kobud surətdə pozaraq qeyri-qanuni işləmiş katibi Xəlilov Mamed Cəlal oğlunun doğma qardaşı T.C. Xəlilova, “Safsu Mərkəz” firmasının müdiri Kərimov Mahmud Əbdülrəhim oğluna,  Kərimov Mahmudun da doğma bacısı oğlu 3-cü dərəcəli Dövlət Ədliyyə Müşaviri (General-Mayor) Məmədov İlqar Kamil oğlu Ədliyyə Nazirliyində Baş İdarə Müdiri vəzifəsində işləyir və öz dayısının marağını yerinə yetirən hakim Ülvi Mayılova təsir etmək ehtimalı var. “Dəmir Döküm” və “Qala” restoranının sahibinə və s. Yuxarıda qeyd edilən faktlar sənədlərlə təsdiq olunur. Bu da A. Nemətovun Mədəniyyət Ticarət Mərkəzinə münasibəti.
Bütün cinayətləri görən “Teafond” İKM-in rəhbərliyi hüquq pozuntusunun qarşısını almaq və öz əmlakına sahib çıxmaq üçün yenidən məhkəməyə müraciət edir. AR İqtisad Məhkəməsi hakimlər S.Seyidova, A. Hüseynov və R. Ataşovadan ibarət tərkibdə işə baxaraq “Teafond” İKM-nin iddiasını təmin edir. İqtisad Məhkəməsinin 5-6 fevral 1998-ci il tarixli 24/11-30 saylı qətnaməsi və xüsusi qərardadı ləğv edilərək “Teafond” QTSC-nın hüquqi statusunu bərpa edir. Bu qətnamədən sonra Bakı Şəhəri İHTİ və MHQİ TXİ-nə verdiyi 000588 saylı qeydiyyat vəsiqəsini ləğv etməli idi. Hakim S. Seyidova qeydiyyat vəsiqəsini ləğv etmək barədə idarənin rəisi Arif Qaraşova məktub göndərsə də ikinci tərəf bunu qulaq ardına vurub. İqtisadi Məhkəməsinin qeyd edilən qətnaməsində o da göstərilir ki, 3 saylı dəyirman kompleksinin binası TXİ- nin deyil, “Teafond” QTSC-nin əmlakıdır. Beləliklə, TXİ- İH 8/1 saylı qərarı qəbul edərkən müstəqil hüquqi şəxs olan “Teafond”-un hüququnu pozmuşdur. Baxmayaraq ki, TXİ 26 iyun 1996- cı il tarixli 01 saylı əqdlə 3 saylı dəyirman binasının “Teafond” İKM-yə məxsus olduğunu yazıb və möhürlə təsdiq edib.
Qeydiyyat bərpa olunan “Teafond” QTSC-nın rəhbərliyi TXİ-nə verilmiş QYM seriyalı 000588 saylı qeydiyyat vəsiqəsinin ləğv olunması, “Teafond” QTSC-nin 3 saylı dəyirman kompleksinə hüququnun tanınması, həmin mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilməsinin Tİ və MHQİ-nin üzərinə qoyulması və TXİ-nin 3 saylı dəyirman kompleksindən çıxarılması barədə qərar çıxarılması iddiası ilə 1 saylı İqtisad Məhkəməsinə müraciət edir. Hakim Ülvi Mayilovun sədirliyi ilə keçən prosesdə qeyri-adi hadisə baş verir. Yerli məhkəmə 18 noyabr 2002-ci ildə çıxartdığı 1833/5-346 saylı qətnaməsinə əsasən Ali Məhkəmənin qərarını ləğv edir. Əslində məhkəmə sifarişlə hərəkət etmiş olur. Ülvi Mayilov məhkəmədə kobud qanun pozuntusuna yol vermiş və məhkəmədə öz həllini tapmış Ali Məhkəmənin qərarı ilə təsdiq olunmuş Ədliyyə Nazirliyində 2055 saylı Şəhadətnamə verildiyi gündən qüvvəyə minməsinə baxmayaraq Ü. Mayilov cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş qarşılıqlı iddianı rədd etmək əvəzinə Fatma Abdullazadə və İlqar Məmmədovun sifarişlərini yerinə yetirib. Prezident Administrasiyası humanitar məsələlər şöbəsinin müdiri Fatma Abdullazadə hakim Ü. Mayilova zəng edərək ona təzyiq göstərir. Nəticədə Ü. Mayilov belə əcaib qətnamə çıxartmaq məcburiyyətində qalır. Ü. Mayilovun çıxartdığı qətnamədə göstərilən bir sıra faktlar əslində iş materiallarında yoxdur. Məsələn: Qətnamədə qeyd edilir ki, həmin binanın dəyərini ödəmək üçün Az TXİ-nin müraciətinə əsasən keçmiş SSRİ TXİ tərəfindən vəsait ayrılmış, həmin vəsait Az TXİ –nin hesabına köçürmüş sonradan TXİ-nin hesabından guya “Teafond” İB hesabına köçürülmüşdür. Halbuki iş materiallarında bu faktları təsdiq edən heç bir sənəd yoxdur. Ü. Mayilov yazir ki, Az TXİ –nin sədrinin 12 noyabr 1990-ci il tarixli sərəncamı ilə “Teafond” İstehsalat Birliyinin hesabına köçürülmüşdür. Halbuki, iş materiallarında bu faktları təsdiq edən heç bir sənəd yoxdur. Ü. Mayilov yazır ki, Az TXİ –nin sədrinin 12 noyabr 1990-ci il tarixli sərəncamı ilə Teafond İstehsalat Birliyinin hesabında olan həmin vəsaitdən 372.880 rubl. 12 dekabr 1990-cı il tarixli 60 saylı ödəniş tapşırığı ilə “Teafond” İB hesabından Taxıl Məhsulları Nazirliyinin hesabına ödənilən 372.880 rubl. ödənilib. Vəsait keçmiş SSRİ TXİ tərəfindən deyil, keçmiş oktyabr rayon bankın istehsalatı genişləndirmə fondundan köçürülüb. Hakim Ü. Mayilov isə bir-birinə zidd qərar çıxarıb. Bundan başqa qətnamədə qeyd edilir ki, dəyirman binasının yerləşdiyi torpaq sahəsi 1990-cı ilin iyulunda 90/262 saylı aktla Az TXİ-yə təhvil verilmişdir. 10 oktyabr 1990-cı il tarixdə Az TXİ –nin adına inşaat pasportu verilmişdir. Amma Ü. Mayilov onu nəzərə almır ki, 90/262 saylı akt TXİ –yə 3 saylı dəyirman binasında Mədəniyyət Ticarət  Mərkəzi  yaratmaq üçün “Tikinti Pasportu” verilib. Bakı Baş Memarlıq İdarəsi pay torpağı ayırmaqla məşğul olmur.  Təbii ki, bu cür hüquqa zidd qərardan narazı qalan “Teafond”QTSC-nın rəhbərliyi bir daha məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Azərbaycan Respublikası İqtisad Məhkəməsi iddiaya baxaraq 25 fevral 2003-cü ildə 758 A / II -220 saylı qətnamə qəbul edib. Hakimlər E. Nağıyeva, R. Ataşova və A. Hüseynovdan ibarət məhkəmə tərkibi bu dəfə də ciddi qanunsuzluqlara yol verib. İlk növbədə hakimlər əvvəlki prosesdə Ülvi Mayilovun buraxdığı səhvlərin iş materiallarında olub olmadığını araşdırmayıblar. İkincisi, prosesdə iştirak edən hakimlər “Teafond” QTSC ilə Az TXİ arasında davam edən əvvəlki məhkəmə baxışlarında da iştirak ediblər. Sədr E. Nağıyeva Az TXİ ilə “Teafond” İKM arasında baş verən 02 aprel 1998- ci il tarixli məhkəmə prosesində, Azərbaycan Respublikası Prokurorunun protestindən 29.09.1998-ci il tarixli Azərbaycan Respublikası İqtisad Məhkəməsinin Rəyasət Heyətində hakim kimi, hakim R. Ataşova Az TXİ ilə “Teafond” QTSC arasında baş verən 07.03.2002-ci il tarixli məhkəmə prosesində eləcə də A Hüseynov həmin prosesdə hakim kimi iştirak ediblər. Müasir Azərbaycan qanunvericiliyinə görə isə bir prosesdə iştirak edən hakimin aidiyyatı iş üzrə başa çatmış məsələyə yenidən baxmaq hüququ yoxdur. Buna baxmayaraq hakimlər E. Nağıyeva, R. Ataşova və A. Hüseynovdan ibarət tərkib prosesdə yenidən iştirak edərək “Teafond” QTSC-nin apellyasiya şikayətinin təmin edilməməsi və 1 saylı yerli İqtisad Məhkəməsinin 1833/5-346 saylı 18 noyabr 2002- ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarıb.
Göründüyü kimi hal-hazırda Ali məhkəmənin qüvvədə olan bir-birinə zidd iki qərarı var. Birinci qərarda hakimlər S. Seyidova, A. Hüseynov və Rəbiyyət Ataşova.  Ziddiyyətdə olan qətnamədə hakimlər E. Nağıyeva, A. Hüseynov və R. Ataşova. Belə qətnamələr heç bir ölkədə yoxdur.
“Teafond” QTSC-nin direktoru Ş.Ağayevin dediyinə görə A. Nemətovun yol verdiyi qanun pozuntuları bununla bitmir: A. Nemətov mənim işdən çıxarılmağım haqda saxta sərəncam verib. 25 oktyabr 1994-cü il, 27 saylı sərəncamda göstərilir ki, guya mən öz ərizəmə əsasən işdən azad edilirəm. Əslində mən heç bir ərizə yazmamışam və indiyə qədər TXİ üzvü olaraq qalıram. A. Nemətov qanunsuz olaraq teatr cəmiyyətində işləməyən qohumları Arif, Sevil, Nərminə Nemətlovların təyyarə ilə gediş haqqını TXİ hesabına ödəyib. Bu cinayətlərə hüquq mühafizə orqanları biganə qalmamalı və layiqli qiymət verməlidir. Çünki A. Nemətov mənim işdən çıxarılmağım barədə saxta sərəncam verməklə AR Əmək Məcəlləsini pozub. A. Nemətov həmçinin Az TXİ ilə “Natavan” firma mağazası arasında bağlanmış 28. VIII. 1997 – ci il tarixli müqavilənin şərtlərini pozduğuna görə ARCM – nin 172 və 194 –cü maddələri ilə cinayət işi qaldırılmışdır. Bundan başqa, A. Nemətov Ali İqtisad Məhkəməsinə yazır ki, guya “Teafond” İKM-nin QTSC çevrilməsi barədə iclasında tamam başqa qərarlar qəbul edilib, QTSC-nın dövlət qeydiyyatından keçirilməsi üçün Ədliyyə Nazirliyinə müraciət məqsədi ilə iclas isə ümumiyyətlə olmayıb. Lakin Səbail rayon Prokurorluğunun apardığı araşdırma A. Nemətovun yalanını üzə çıxarıb. Səbail rayon Prokurorunun böyük köməkçisi M. Seyidovun Ş. Ağayevə göndərdiyi 31 oktyabr 2000-ci il tarixli məktubunda qeyd edilir ki, “Teafond” İKM-in “Teafond” QTSC – ya çevrilməsi barədə məsələ TXİ- İdarə Heyyətini 1996- cı il 16 fevral və 1996- ci il 26 iyun tarixli iclaslarında müzakirə edilmiş və bu barədə müsbət qərar qəbul olunmuşdur. Səbail rayon Prokurorunun T. Kazımovun AR İqtisad Məhkəmələri qərarlarının qanuniliyə nəzarət şöbəsinin rəisi C. İsmayılova göndərdiyi 07.05.1998-ci il tarixli məktubundan isə məlum lur ki, TXİ-də hec bir iclas protokolları və protokoldan çıxarışların qeydiyyatı kitabı aparılmır.
TXİ 26 iyun 1996- cı il tarixli aktı sübut edir ki, 3 saylı dəyirman kompleksinin binası “Teafond” QTSC-yə məxsusdur.
Ancaq Ş. Ağayev deyir ki, məhkəmələr ona əmlakına sahib çıxmağa imkan vermir. “Üzləşdiyim problemlə əlaqədar Mili Məclisin Dövlət Quruculuğu və Hüquq Siyasəti Komitəsinin sədri Əli Hüseynlinin qəbulunda olmuşam. Hətta o hakim Ü. Mayilovun adını eşidəndə təəccüblə “O julik?” deyə soruşdu. Yəni onun cinayətkar olduğunu faktiki olaraq etiraf etdi. Daha sonra məhkəmə hüquq şurasının üzvü eyni zamanda  Ali Məhkəmənin hakimi Aslan Kəlpəliyevə müraciət etdim. Amma o, məni dinləyərək belə bir rəy bildirdi ki, Ü. Mayilovun qətnaməsini yuxarı instansiyalar artıq təsdiq edib. Ona görə də mən bir daha Ali Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Aprelin 4-də saat 12:30-da Azərbaycan Respublikasının Ali Məhkəməsinin kollegiyası hakim Şahmurad Hidayevin sədrliyi ilə (hakimlər Azər Hüseynov, Səadət Benktaşi) məsələyə baxacaq. Artıq mötəbər mənbələrdən əldə etdiyimiz məlumata görə məhkəmə bizim iddiamızı təmin etməyəcək. Görünür Fatma Abdullazadə bu dəfə də işə müdaxilə edib”.
Mən Ağayev Şamil Allahverdi oğlu texniki elmlər namizədiyəm, əmək veteranıyam. Respublikanın bir sıra dövlət əhəmiyyətli obyektlərinin tikintisində iştirak etmişəm. Azərbaycan Prezidentin sərəncamına əsasən ahıl adam sayılıram. 1937-ci ildə siyası Represiyya uğramış və İkinci Dünya Müharibəsi iştirakçısı ailəsini üzvüyəm. Ancaq məni guya öz ərizəmə əsasən işdən çıxarıblar. Rəhbərlik etdiyim təşkilatı qanunsuz ləğv ediblər, xüsusi mülkiyyətində olan əmlakı  alıblar və digər qanunsuzluqlarla üzləşmişəm. Məhkəmələr isə mənim hüququmu təmin etmək əvəzinə hüquqları pozur. Belə davam edərsə mən hüquqlarımın müdafiəsi üçün daha hansı təşkilatlara müraciət etməyi bilmirəm.